“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


30.12.2021  09:53 

YENİ İL ÇİÇƏKLƏRİ





A+  A-

Yeni il söhbətidir, mağazadaydım, hədiyyələrə baxırdım. Yaşlı bir kişi əlində bir neçə çiçək dəstəsi ilə içəri girdi.

Çiçəklər bir-birindən gözəldi, yazın nəfəsi gəlirdi...

Kassada 2 gənc qız vardı, qoca qızlara bir çiçək dəstəsi verdi. Qızlar şad oldular, gülü sevincle aldılar, “Sağ olun” dedilər...

Amma qoca 2 manat pul istədi, çörək dalınca çıxmışam dedi. Qızlar pərt oldular, sakitcə gülü qaytarıb kişinin qabağına qoydulr.

Bəlkə pulları yox idi?! Bəlkə onlara çiçək bağışlayan yox idi?!

Bilmirəm…

Mən yaxında idim, "Çiçək və çörək dramı”nın necə qurtaracağını səbrlə gözləyirdim.

Bayram ərəfəsində bu cür soyuq sonluq ürəyimdən deyildi. Sakitcə kassaya yaxınlaşdım, 5 manat pulu bir dəstə çiçəyin üstünə qoydum...

Qızlar axı, iki idi...

Qızların sevinc səsləri eşidildi, “Yeni iliniz mübarək” dedilər...

Yəqin çiçəklər də sevindilər...

Qalib Arif

Xəbər 1936 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +