“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


12.09.2020  16:11 

Nazirlər Kabineti qaydaya dəyişikliyi şərh edib





A+  A-

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərara edilən dəyişiklikyin izahını verib.
Nazirlər Kabinetindən XəzərNews.az-a bildirilib ki, dəyişiklik Azərbaycan Prezidenti Administrasiyasının, Azərbaycan Prezidentinin İşlər İdarəsinin, Xüsusi Tibb Xidmətinin, Nazirlər Kabinetinin və Təhlükəsizlik Şurası katibinin xidmətinin işçilərinin sosial müdafiəsi ilə bağlı tətbiq edilən yeni mexanizm ilə əlaqədardır.

İndiyə qədər yuxarıda sadalanan qurumların əməkdaşlarının sosial müdafiəsi üçün gömrük işi sahəsində aşkar edilən cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilən malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və gömrük ödənişlərindən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərin müəyyən faizi həmin qurumlara verilirdi.

Azərbaycan Prezidentinin müvafiq Fərmanından sonra artıq bu mexanizmin fəaliyyəti dayandırılıb. Nazirlər Kabinetinin bu Qərarı Prezidentin Fərmanından irəli gələn tapşırığa uyğun olaraq müvafiq “Qayda”ya dəyişikliyi təsdiq edir.

Xəbər 1775 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +