“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


10.02.2020  10:56 

“Oskar” mükafatının qalibləri elan olundu – TAM SİYAHI





A+  A-

Ötən gecə ABŞ Kinoakademiyası “Oskar” mükafatının sayca 92-ci təqdim etmə mərasimini keçirib. Los-Ancelesin “Dolbi” teatrında keçirilən tədbirdə Cənubi Koreya istehsalı olan “Parazit” filmi İlin ən yaxşı filmi seçilib. Bununla da, 92 illik “Oskar” mükafatkarl tarixində ilk dəfə ingilis dilində olmayan bir film “İlin ən yaxşı filmi” nomaniyasında qalib olub.
Digər əlamətdar hadisə isə Hollivud veteranı və planetin ən yaraşıqlı kişilərindən sayılan Bred Putin aktyor kimi ilk dəfə “Oskar” mükafatı qazanması olub.

XəzərNews.az nominasiyalar üzər qalibləri təqdim edir:

Ən yaxşı film - "Parazitlər"

Ən yaxşı xarici film nominasiyası - "Parazitlər",

Ən yaxşı rejissor - Bon Cun Xo ("Parazitlər")

Ən yaxşı orijinal ssenari - "Parazitlər" filmi, Bon Cun Xo

Ən yaxşı quruluşçu rəssam işi - "Bir dəfə... Hollivudda", Barbara Linq, Nensi Hey

Ən yaxşı ikinci plan aktyoru - Bred Pitt ("Bir dəfə... Hollivudda”)

Ən yaxşı kişi aktyoru - Hoakin Feniks ("Coker" filmi)

Ən yaxşı film musiqisi - "Coker", Hildur Qudnadouttir

Ən yaxşı aktrisa - Rene Zellveqer, "Cudi" filmi

Ən yaxşı operator işi - "1917", Rodcer Dikins

Ən yaxşı səs kombinasiyası - "1917", Mark Teylor və Stüart Uilson

Ən yaxşı vizual effektlər - "1917", Qiyom Roşrom, Qreq Batler və Dominik Tui

Ən yaxşı ikinci plan aktrisası - Lora Dern ("Evlilik hekayəsi")

Ən yaxşı səs montajı - "Ford Ferrariyə qarşı", Donald Silvestr

Ən yaxşı film montajı - "Ford Ferrariyə qarşı", Maykl MakKuser, Endrü Baklend

Ən yaxşı orijinal mahnı - “I’m Gonna Love Me Again” (mus: Elton Con, söz: Berni Topin), “Roketmen” filmi üçün

Ən yaxşı cizgi filmi - "Oyuncaqların hekayəsi 4"

Ən yaxşı qısametrajlı animasiya filmi - "Saça olan sevgi"

Ən yaxşı uyğunlaşdırılmış ssenari - "Dovşan Koko", Tayka Vaytiti

Ən yaxşı kostyum dizaynı - "Kiçik qadınlar", Jaklin Durran

Ən yaxşı sənədli film - "American Factory"

Ən yaxşı qısametrajlı sənədli film - “Learning to Skateboard in a Warzone”

Ən yaxşı qrim və saç düzümü - "Qalmaqal", Kadzu Hiro, Enn Morqan və Vivian Beyker

Ən yaxşı qısametrajlı film - “The Neighbors’ Window”, Marşall Karri

Xəbər 1750 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +