“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


02.05.2019  11:34 

Medvedev Paşinyanı ələ saldı - VİDEO





A+  A-

Yerevanda Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasında kuryoz hadisə baş verib.
XəzərNews.az-ın xəbərinə görə, iclasda çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Dmitri Medvedevin üzünə baxaraq “başqa sual yoxdursa, biz keçə bilərik” deyib.

Medvedev gülərək “Yox. Hara keçək?” deyərək Paşinyanı çaşdırıb. Pərt olmuş erməni baş nazir “sənədlərin imzalanması proseduruna” cavabını verib. Tərəflər arasındakı dialoq iclas iştirakçılarının gülüşünə səbəb olub.

N. Paşinyan sosial şəbəkələrdə müzakirələrə gətirib çıxaran sözügedən hadisə ilə bağlı açıqlama yayıb: “Feysbuka girib görürəm ki, korrupsioner sistemin qalıqları sosial şəbəkələrdə bu qədər asanlıqla “fırtına” qopara biliblər. İclas zamanı mən də daxil olmaqla digər baş nazirlər kofe fasiləsi verəcəyimizi düşünürdük. Lakin müzakirələr planlaşdırdığımızdan çox, təxminən 3 saat davam etdi. Başa düşmürəm, bütün bunları aydınlaşdırmağa məcburam?”.



Xəbər 1389 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +