Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir


14.06.2020  18:16 

Müsabiqədə uğur qazanmayan müəllimlər işdən çıxarılacaq?





A+  A-

"Müəlllimlərin yerdəyişməsi müsabiqəsində uğur qazanmayanlar işlədikləri məktəbdə vəzifəsindən azad edilmirlər".
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu sözləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

M.Camalzadə bu məsələnin aydınlaşdırılması üçün müəllimlər tərəfindən də onlara müraciətlərin olduğunu söyləyib:

“Yerdəyişmə müsabiqəsi bir sınaqdır. Uğur qazanmadığı halda namizədin iş yerini itirməsi hüquqi cəhətdən düzgün deyil”.

M.Camalzadə əlavə edib ki, yerdəyişmə nəticəsində uğur qazanaraq yeni vakant yer tutan müəllim əvvəlki əsas iş yerini itirir:

“Sənəd qəbuluna baxdıqda da görürük ki, bizdə belə hallar olur. Bəzən namizədlər əsas iş yeri olaraq, müddətli əsaslarla işlədikləri müəssisənin adını qeyd etmək istəyirlər. Amma yerdəyişmə zamanı namizəd əsas iş yerini dəyişdirərək başqa əsas iş yerinə getməlidir. Başqa sözlə, müəllim müddətsiz əsaslarla işlədiyi bir müəssisədən başqa müəssisəyə iş yerini dəyişir”.

Xəbər 1780 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +