Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO
Kiyevdə azərbaycanlı alimin də evi raket hücumundan zərər gördü
Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib


05.02.2024  21:58 

Taksi sürücüsü təhqir olunub





A+  A-

Türkiyədə taksi sürücüsü təhqir olunub.

Xəzərnews.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə Aydında yaşanıb.

Belə ki, taksi sürücüsü aralarında yaranan mübahisə zamanı onu təhqir edən qadın sərnişindən şikayət edib.

Efeler rayonunda taksi sürücüsü işləyən Mehmet Cihan ötən gecə avtomobilində müştəri kimi götürdüyü M.Ç. ilə aralarında mübahisə yarandığını, daha sonra qadının onu söydüyünü bildirib.

M.Ç. haqqında polisə şikayət etdiyini vurğulayan Cihan, qadının ona ünvanladığı sözlərində taksiyə mindiyi sərnişin tərəfindən silahla öldürülən Oğuz Ergenin qətlini xatırlatdığını qeyd edib.

İki uşaq atası olduğunu və ailəsini dolandırmaq üçün gecələr işlədiyini deyəb taksi sürücüsü daha çox insanın zərər görməməsi üçün tədbir görülməsini istəyir:

“Mən bu qadından da şikayət etdim, qanun nə tələb edirsə, edəcəyik.Mənim üçün ən əhəmiyyətli məsələ endiyi zaman dediyi sözlərdir...”

Tərəflər arasında baş verən hadisələr taksi kamerası tərəfindən lentə alınıb. Görüntülərdə taksi sürücüsü “Bax xanım, avtomobilin kamerası yazır, söyüş söymə” deməsi, M.C isə maşından düşərək “Kameranı yandır, görək nə söyüşlər etdim sənə” deyib. Sizin kimi taksi sürücülərini arxadan vururlar, bəli... Sizin kimiləri vursunlar" sözləri yer alıb.//bakıvaxtı


Xəbər 1522 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +