Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


06.12.2017  14:16 

Zakir Həsənov türkiyəli generalla müzakirə apardı





A+  A-

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi korpus generalı Yavuz Türkgenci ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıdakı vəzifələr, birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında əməliyyat və strateji uzlaşmanın əldə olunması, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, qarşılıqlı əlaqələrin inkişafı və təcrübələrin öyrənilməsi məqsədilə həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.

Xəbər 1742 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +