Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


17.04.2017  14:32 

Zakir Həsənov İran İslam Şurası Məclisinin sədri ilə görüşdü





A+  A-

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 17-də İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.
Müdafiə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, görüşdə müdafiə naziri Azərbaycan və İran prezidentlərinin, dövlət rəsmilərinin çoxsaylı görüşləri və qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini, ikitərəfli əməkdaşlığın inkişafına və daha da güclənməsinə xidmət etdiyini bildirib.

Regionda təhlükəsizlik məsələlərinə toxunan Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar, xüsusən də son vaxtlarda qoşunların qarşıdurma xəttində baş vermiş hadisələr barədə məlumat verib.

Ə. Laricani isə öz növbəsində İranın Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu vurğulayıb.

Tərəflər Azərbaycan ilə İran arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran regional, qlobal və digər məsələləri müzakirə ediblər.

Xəbər 2858 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +