Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir


28.10.2019  15:46 

Avropa İttifaqı “Brexit”i yenə təxirə saldı





A+  A-

Avropa İttifaqının 27 ölkəsi İngiltərənin Aİ-dən çıxması müddətinin 2020-ci il oktyabrın 31-dən yanvarın 31-dək uzadılmasına dair razılığa gəlib.
XəzərNews.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk öz tvitter mikrobloqunda məlumat yayıb.

Onun sözlərinə görə, bu qərar, yazılı bir prosedurla, sammit görüşü olmadan təsdiqlənəcək.

Söhbət son tarixin çevik uzadılmasından (flextension) gedir. Bu o deməkdir ki, “Brexit” parlament Baş Nazir Boris Consonun “ayrılma” şərtləri ilə bağlı təkliflərini təsdiqləsə, daha əvvəl baş verə bilər.

Oktyabrın 28-də İngiltərə Parlamenti Consonun 12 dekabr tarixinə erkən parlament seçkilərini təyin etmək təklifinə baxacaq. Liberal Demokratlar və Şotlandiya Milli Partiyası da erkən seçkilərə çağırılıb. Onlar seçkiləri 9 dekabrda keçirməyi təklif edirlər.

Xəbər 1334 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +