Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


18.04.2022  18:43 

“Ayfon“ kölələri...





A+  A-

Azərbaycanda üç gənclik zümrəsi yetişib. Biri 44 günlük müharibədə torpaqlarımızı işğaldan azad edən gənclikdir. Digəri dünyanın ən nüfuzlu universitetlərinə öz zəkası, biliyi ilə daxil olan, təhsil alan gənclərdi. Üçüncü zümrə isə bu gün paytaxtda yerləşən alış-veriş mərkəzlərinin birində Rusiyada yaşayan tanınmış azərbaycanlı blogerlə görüşmək üçün izdiham, basırıq yaradan, özlərinin təhqir olunmasına izn verən gənclərdi.

Bu üçüncülərin sayı yüzlərlə, minlərlədir. Belə ki, minlərlə insan sıradan bir blogeri görmək üçün ticarət mərkəzinə axın edib.

Nədən? Niyə?

İddialara görə, belə bir izdihamın yaşanmasına səbəb həmin blogerin öz izləyicilərinə "Iphone" bağışlayacağını vəd etməsi olub.

Bax belə.

Bir "Ayfon"a görə üçüncü kateqoriyadan olan gənclərimiz bu gün paytaxtımızın göbəyində sözün əsl mənasında mərəkə qoparıblar.

Əslində bu izdiham və orada yaşananlar sadəcə xəbər mövzusu deyil, bu bir faciədir, müsibətdir. Gəncliyimizin üçüncü qanadının müsibətidir.

Onlar kapitalizmin məhsulu olan bahalı bir telefon markasının əsirinə, köləsinə çevriliblər. Və nə yazıq ki, onlar özləri bunun fərqində deyil.

"KÜT-lə psixologiyası"na yenilən, tabe olan fərdlər adətən belə məqamlarda nə etdiklərinin fərqində olmurlar. Onlar sürü kimi hərəkət edirlər.

Maraqlıdır, görəsən, ölkədə üçüncü zümrəyə daxil olan gənclərimizin sayı toplam nə qədər olar?

P.S.
Allah birinci və ikinci zümrədən olan vətənpərvər, zəki gənclərimizə bərəkət versin.

Bəybala Mirzəyev

Xəbər 1866 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +