Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


21.11.2020  10:32 

Maska ​​üstündə irad qətlə səbəb oldu - Rusiyada





A+  A-

Rusiyanın Sankt-Peterburq şəhərində 53 yaşlı şəhər sakini maska üstündə mübahisə səbəbindən qətlə yetirilib.
XəzərNews.az xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyinin regional qərargahının mətbuat xidmətinin verdiyi məlumata görə, 17 noyabrda, Sənaye prospektindəki bir evin yaxınlığında elmi araşdırma mərkəzinin 53 yaşlı direktor müavininin cəsədi tapılıb. Onun bədənində bıçaq yarası olduğu bildirilib. Bu faktla əlaqədar olaraq İstintaq Komitəsində qətl maddəsi ilə cinayət işi açılıb.

Məlum olub ki, hadisədən əvvəl öldürülən şəxs avtobusa maskasız minən iki sərnişinə, bir kişi və bir qadına irad bildirib. Bunun nəticəsində qarşıdurma yaranıb. Daha sonra küçədə davam edən davada kişi bıçaq yarası alıb və ölüb.

Daha sonra, 18 noyabrda Orenburq bölgəsinin iki yerli sakini, 40 yaşlı kişi və 34 yaşlı dostu hadisədə şübhəli bilinərək nəzarətə alınıb. Kişi əvvəllər narkotik ticarəti və qəsdən sağlamlığa ağır zərər vurmaqda günahlandırılıb. Polisin verdiyi məlumata görə, mərhumu bıçaqla sözügedən şəxs vurub.

Xəbər 2070 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +