Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


16.07.2018  12:01 

ABŞ mətbuatı Gülənə münasibətini dəyişdi





A+  A-

Türkiyədə iki il əvvəl hərbi çevrilişin başında duran və hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə qarşı artıq ABŞ-da informasiya müharibəsinə start verilib.
XəzərNews.az “Washington Post” nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın adı çəkilən nüfuzlu nəşrində FETÖ terror təşkilatı ilə əlaqədar tam səhifəlik bir xəbərdarlıq yazısı nəşr olunub.
Yazıda Türkiyədə iki il əvvəl baş vermiş hadisələrə nəzər yetirilib.
2016-cı ilin iyulun 15-də Türkiyədə FETÖ terror təşkilatının rəhbərliyi ilə hərbi çevrilişə cəhd zamanı 250-dən çox insanın şəhid olduğu və 2000-dən çox insanın yaralandığı diqqətə çatdırılıb.
FETÖ-nün rəhbəri Fətullah Gülənin hələ də məsuliyyətə cəlb olunmadığı vurğulanıb.
Yazıda həmçinin, Gülənin Türkiyəyə təhvil verilməsi üçün ABŞ vətəndaşlarından hökumətə təzyiq göstərmələri də istənilib.
Təşkilatın ABŞ-da apardığı işlər, açdıqları məktəblər və qanun pozuntuları barədə ABŞ vətəndaşları məlumatlandırılıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalq qarşısında çıxışı zamanı “Osminoqun qollarını kəsdik” ifadəsini işlədib. Bununla o, Fətullah Gülən təşkilatının Türkiyədə və digər ölkələrdəki üzvlərinin həbs edilərək, təşkilata ağır zərbələr vurlumasına işarə edib.

Xəbər 1724 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +