Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


26.12.2019  14:53 

Xəzərdə nərə balığı ovuna qadağanın müddəti uzadıldı





A+  A-

Xəzər dənizində nərə balıqlarının ticarət məqsədilə ovlanması ilə əlaqədar qadağa 2020-ci ildə davam edəcək.
XəzərNews.az xəbər verir ki, bunu İranın Balıqçılıq Təşkilatının sədri Nəbiyulla Xunmirzayi Tehranda keçirilə Xəzər dənizində su canlıları ehtiyatının qorunması və istifadə edilməsi ilə əlaqədar 3-cü iclasın sonunda deyib.

N.Xunmirzayinin sözlərinə görə, bununla əlaqədar protokol Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın nümayəndələri tərəfindən imzalanıb.

Təşkilat sədri əlavə edib ki, nərə balıqlarının ovu sadəcə ehtiyatların bərpası və araşdırma işləri üçün mümkün olacaq:

“Hazırda nərə balığının ticarət məqsədilə ovu qadağandır. 5 sahilaynı ölkənin ehtiyatları bərabər deyil və ölkələr ehtiyatları araşdırmaq və onu bərpa etməkdədirlər".

N.Xunmirzayinin sözlərinə görə, ölkələrin ehtiyatlarının bərpası üzrə zaman cədvəli tənzimlənib.

Təşkilat rəsmisi qeyri-qanuni ovla mübarizə ilə əlaqədar protokolun ilkin mətninin Türkmənistanın Aşqabad şəhərində keçiriləcək işçi qrupunun iclasında araşdırılacağını deyib.

Xəbər 1758 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +