Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


10.10.2019  18:12 

Bakının bu kəndlərinə içməli su verildi





A+  A-

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su çatışmazlığının müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
XəzərNews.az xəbər verir ki, Səhmdar Cəmiyyət tərəfindən icra olunan növbəti layihə çərçivəsində Qobustan rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ilk dəfə mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılıb və kəndlərə içməli suyun verilməsinə başlanılıb.

Şirvan bölgəsində yerləşən Qobustan rayonunda məhsuldar su mənbələri olmadığından içməli su təchizatı həmişə aktual olub. Xüsusilə rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin sakinəri uzun illər su çatışmazlığından əziyyət çəkib. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində yaradılmış infrastruktur bəzi kəndlərin içməli probleminin həllinə imkan verib. Ötən müddətdə bu infrastrukturlar hesabına Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərini içməli su ilə təmin etmək üçün magistral xətlər çəkilərək əhalinin ümumi istifadəsi üçün su dayağı və bulaqlar quraşdırılıb.

Lakin suyun daşınmasında yaranan çətinliklər layihənin genişləndirilməsinə zərurət yaradıb. Bu baxımdan növbəti mərhələdə bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradılmasına qərar verilib. Bu məqsədlə Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ümumi uzunluğu 17 km olan paylayıcı su şəbəkəsi inşa edilib. Yeni yaradılan şəbəkədən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılıb. Kəndlərdə su təchizatının dayanıqlığını təmin etmək məqsədilə hər birinin tutumu 50 kubmetr olan 3 ədəd su anbarının inşası başa çatdırılıb. Bununla da Qobustan rayonunun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin 4 minədək sakini dayanlıqlı içməli su ilə təmin olunub.

Hazırda rayonun Sündü kəndində içməli su layihəsi icra olunur. Bu layihə çərçivəsində kənddə mərkəzləşdirilmiş içməli su təchizatı şəbəkəsi yaradılır.

Xəbər 1507 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +