Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


15.02.2024  22:20 

Kəmaləddin Heydərov ərəb ölkələrindən birinə səfir göndərilə bilər





A+  A-

Fövqəladə hallar naziri vəzifəsini icra edən Kəmaləddin Heydərov ərəb ölkələrindən birinə səfir göndərilə bilər.

Xəzərnews.az xəbər verir ki, Kəmaləddin Heydərovun səfir göndəriləcəyi ərəb ölkələri arasında daha çox Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir.

Bu da səbəbsiz deyil. Kəmaləddin Heydərovun BƏƏ-nin siyası dairələri və ölkə siyasətinə təsir imkanları olan nüfuzlu şeyxləri ilə dostluq münasibətləri var. Məsələn, bir neçə il əvvəl Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum Azərbaycanda Kəmaləddin Heydərovun qonağı olub. Bu barədə də mediada kifayət qədər məlumat var.


Kəmaləddin Heydərovun Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktumun atası, Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktumla dost olduğu bildirlir. Məhəmməd bin Rəşid Əl Məktumun digər oğlu Məhəmməd bin Rəşid Qadir isə Kəmaləddin Heydərovun oğlu Nicat Heydərovun toyunda iştirak edib.



Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktum

Qısası, BƏƏ Kəmaləddin Heydərov üçün yad yer deyil. Elə məlumatlarda da iddia olunur ki, BƏƏ-yə səfir göndərilməsi Kəmaləddin Heydərovun öz xahişidir. Hakimiyyətin zirvəsində bu xahişə münasibət xoşdur.

Kəmaləddin Heydərov səfir göndəriləcəyi təqdirdə fövqəladə hallar naziri postuna kimin təyin olunacağına gəlincə, iddia olunur ki, nazirlik ləğv ediləcək. Onun səlahiyyətləri isə müvafiq qurumlar arasında bölüşdürləcək.



Xatırladaq ki, hələ növbədənkənar prezident seçkiləri təyin olunan zaman seçkidən sonra kadr və struktur dəyişiklərinin həyata keçiriləcəyi barədə xəbərlər yayılmışdı. İddia edilir ki, kadr dəyişikliklər zamanı əsasən uzun müddət vəzifə daşıyan və yaşlı məmurlar əvəzlənəcək.

Struktur dəyişikliklərinə gəlincə, bildirilirdi ki, bir-birini təkrarlayan qurumların ləğvi, yaxud birləşdirilməsi nəzərdə tutulur. //Qaynarinfo

Xəbər 1564 dəfə oxunub.



31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +