Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


25.04.2017  09:25 

Cocuq Mərcanlı yolunun tikintisi yekunlaşmaq üzrədir





A+  A-

Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, strateji əhəmiyyətə malik Cocuq Mərcanlı yolunun “Azəravtoyol” ASC tərəfindən yenidən qurulması işləri sürətlə davam etdirilir.
“Azəravtoyol” ASC-dən XəzərNews.az-a verilən məlumata görə, 2 aprel 2016-cı il döyüşləri zamanı ordumuzun bir-neçə strateji yüksəkliyi nəzarətə götürməsi ilə yaşamaq üçün təhlükəsiz yerə çevrilən Cəbrayıl rayonunun Cocuq mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi artıq son mərhələdədir.

Ümumi uzunluğu 9 km, layihə üzrə eni 12 metr təşkil edən avtomobil yolunun hazırda 8 km-ə yaxın hissəsinə asfalt - beton örtüyünün ilk qatı döşənib. Qalan hissədə isə aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə qalan hissənin də asfaltlanması nəzərdə tutulub. Ümumilikdə isə 2 qat olmaqla yolun 68 min m2 sahəsi asfaltlanacaq.
Asfaltlanma işlərinə qədər yolun 5 km-lik hissəsində bərpa işləri, 4 km-lik hissəsində isə yenidənqurma işləri aparılıb. Tikinti işləri zamanı zəruri olan yerlərdə 9 ədəd su keçidi tikilib, 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri görülüb. Sözügedən körpünün uzunluğu 24 metr, eni isə 10 metrdir.
Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə isə çiyinlərin eni isə 1.5 metr təşkil edir.

Tikinti işləri yekunlaşandan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri də aparılacaq.

Bütün işlər birbaşa “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcılığa riayət edilməklə və yüksək keyifyyətlə həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Qeyd edək ki, yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişinin rahatlaşdırmasına hesablanıb.

Xəbər 1477 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +