Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub


11.09.2017  14:58 

“Mehman Əliyevin azad edilməsi ...”





A+  A-

«Mehman Əliyevin həbsdən azad edilməsi ölkə başçısı cənab İlham Əliyevin media ilə bağlı məsələlərə həssas yanaşmasının növbəti bariz nümunəsidir. Biz Mətbuat Şurası olaraq həmişə buna inanmışıq və əmin idik ki, yaranmış insident dövlət başçısının şəxsi diqqəti sayəsində ədalətli şəkildə araşdırılaq, Mehman Əliyevə münasibətdə qanunvericilikdə nəzərdə tutulan humanist addım atılacaq».
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov APA-ya açıqlamasında deyib.

Ə. Amaşov bildirib ki, dövlət başçısının ölkədə söz və ifadə azadlıqlarının təminatçısı olması dəfələrlə təsdiqini tapmış danılmaz reallıqdır. «Əlbəttə, Mehman Əliyevlə bağlı məsələ araşdırılacaq. Ancaq hesab edirik ki, onun azadlıqda olması mühüm şərtdir. Dövlət başçısının mediaya yanaşması da bundan ibarətdir. Buna görə, ayrıca Mətbuat Şurasının Mehman Əliyevlə bağlı müraciətinə həssas yanaşdığı üçün cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk», - deyə Ə.Amaşov vurğulayıb.

MŞ sədri həmçinin bildirib ki, prezident İlham Əliyev çıxışlarında Azərbaycanda jurnalist həbsi ilə bağlı məsələlərdə bir növ, moratoriumun qeydə alındığını bildirib. Burada başlıca məqam ümumən media təmsilçilərinin fəaliyyətinin cəmiyyətdə söz və ifadə azadlıqlarının dərinləşməsinə yönəlməsidir: «Söz və məlumat azadlığı ali demokratik dəyərdir. Buna görə də kütləvi informasiya vasitələrinin əməkdaşları sırf peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilmirlər.

Cənab Prezidentin iradəsi belədir və hələ 2009-cu ildə bununla əlaqədar rəyi olub. Prinsipial məqam budur. Bir neçə il öncə «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili həbs ediləndə də cənab İlham Əliyev eyni prinsipiallığı nümayiş etdirmişdi. Prezidentin mövcud istiqamətdəki yanaşması jurnalistika baxımından böyük jestdir. Bir daha cənab İlham Əliyevə Mətbuat Şurası və ölkəmizin media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk».

Xəbər 1146 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib


BÜTÜN XƏBƏRLƏR +