Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


20.12.2023  10:29 

Bu ərazilərdə avtomobil sıxlığı azalacaq -NİİM





A+  A-

Paytaxtın Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yaranan avtomobil sıxlığı azalacaq.

Xəzərnews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Mərkəzin əməkdaşları ərazidə təhlillər aparıblar. Qeyd olunan kəsişmədə sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək, eləcə də yaranan sıxlığı azaltmaq məqsədilə təkliflər hazırlanıb və icrası ilə bağlı aidiyyəti dövlət qurumundan müsbət rəy alınıb. Belə ki, bundan sonra Əhməd Rəcəbli küçəsilə hərəkət edən avtomobillər yolda 3.19 (Geriyə dönmək qadağandır) nişanı quraşdırıldığından birbaşa geriyə dönə bilməyəcəklər. Onlar Təbriz küçəsi istiqamətinə hərəkət edib Nərimanov parkının qarşısındakı alternativ geriyədönmədən istifadə edə biləcəklər. Bununla yanaşı, Təbriz küçəsindən Əhməd Rəcəbli küçəsi istiqamətində də yaranan sıxlığın qarşısını almaq üçün svetoforda əlavə sağa dönmə seksiyası quraşdırılıb.


Xəbər 959 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +