Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


26.08.2019  13:38 

Qaxda hamilə qadını boğmaq istədilər...





A+  A-

Səhiyyə Nazirliyi Qaxın Turaclı kəndində özünə xəsarət yetirdiyi bildirilən hamilə qadınla bağlı məlumat yayıb.
Nazirlikdən XəzərNews.az-a daxil olan məlumata görə, xəstə Mərkəzi Xəstəxanaya daxil olan zaman başının müxtəlif nahiyələrində travmalar, boğazda boğulma izləri olub. Qeyd edilir ki, qadının huşu özündə olmayıb.

Müayinə zamanı onun 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu qayıdıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir.

Xatırladaq ki, bundan öncə yayılan xəbərdə A.V.-nın özünü öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrini yaraladığı deyilirdi.

Məlumata görə, o, ailə daxilində yaranan münaqişə nəticəsində bu vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1682 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +