İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


07.12.2023  23:47 

Yer kürəsində bir gün 25 saat olacaq





A+  A-

Yer kürəsində bir gün 25 saat olacaq.

Xəzərnews.az xəbər verir ki, Münhen Texniki Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, Yer planetinin fırlanması ləngiməyə meyllidir. Bu səbəbdən hazırda 24 saat olan yer gününün müddətinin uzadılaraq 25 saata çevrilməsi mümkündür. Hesablamalara görə, təxminən 200 milyon ildən sonra Yer kürəsində bir günün uzunluğu 25 saat olacaq. Münhen Texniki Universitetinin alimləri qeyd edirlər ki, proses bu gün də davam edir və məsələn, 200 milyon il əvvəl yer üzündə bir günün müddəti 23 saat idi. O dövrdə planetimizdə dinozavrlar yaşayırdı.

Alimlər qeyd ediblər ki, məsələn, 1,4 milyard il əvvəl Yer kürəsində bir sutkanın uzunluğu 18 saat 41 dəqiqə olub. Ölçmələr yerin altında xüsusi hermetik sahədə, 6 metr dərinlikdə quraşdırılan dairəvi lazerin köməyi ilə aparılır. Bu şərtlərdə xarici amillərin təsiri minimuma endirilir. Mütəxəssislər qeyd edirlər ki, hava şəraitinin və iqlimin dəyişməsi qismən bu göstərici ilə bağlıdır.


Xəbər 995 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +