Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


11.05.2021  15:39 

İsrail XİN beynəlxalq ictimaiyyətə çağırış etdi





A+  A-

İsrail Xarici İşlər Nazirliyi Fələstinlə qarşıdurma ilə bağlı açıqlama yayıb.
XəzərNews.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, HƏMAS və Qəzza zolağında Fələstinə məxsus digər təşkilatlar 10 may günorta saatlarından etibarən İsrail ərazilərinə intensiv raket atəşi edir, yalnız mülki hədəfləri və yaşayış yerlərini hədəf almağa çalışır.

Qeyd olunub ki, İsrailin cənubundakı Aşkelon və Sderot şəhərləri ilə yanaşı Qəzza zolağının sərhədindəki kəndlər, həmçinin Qüdsə yeddi raket atılıb.

“İsrail öz vətəndaşlarını qorumaq və terror təşkilatlarının İsrail mülki vətəndaşlarına hücum etməsinin qarşısını almaq üçün lazım olan bütün tədbirləri görəcək.

Vətəndaşlarını qorumaq hər bir dövlətin haqqı və vəzifəsidir və İsrail indi bunu edir və etməyə davam edəcəkdir.

Beynəlxalq ictimaiyyəti İsrail vətəndaşlarını hədəf alan raket hücumlarını mümkün qədər sərt şəkildə qınamağa və İsrailin özünümüdafiə hüququnu dəstəkləməyə çağırırıq”, - deyə açıqlamada qeyd edilib.

Xəbər 2142 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +