Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub


20.10.2017  08:41 

Deputatlığa azərbaycanlı namizəd güllələndi - İki dostu və qayınatası ilə birlikdə





A+  A-

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.

Yaralanan şəxs “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə namizədliyi majoritar qaydada irəli sürülən Ceyhun Çovdarovdur.

Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.

Məlumata görə, deputatlığa namizədin dostları - Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qayınatası Azad Çobanov da güllə yarası alıblar.

Hadisəni törədənlər haqqında məlumat verilmir.

Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Onların səhhəti ilə bağlı məlumat verilmir.

Gürcüstan DİN-i faktla bağlı araşdırma aparır.

Xəbər 1596 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +