Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub


22.03.2017  13:17 

Şimali Koreyanın raket sınağı uğursuz olub





A+  A-

Şimali Koreyanın raket atmaq cəhdi uğursuz alınıb.
XəzərNews.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə nazirliyinin rəsmiləri deyib.

Lakin neçə raketin atıldığı, yaxud necə bir silahın sınaqdan keçirildiyi məlum deyil.

ABŞ hərbi mənbələri havaya buraxıldıqdan bir neçə saniyə sonra partlayan raket aşkarlandığını bildirib..

Xatırladaq ki, Şimali Koreyaya Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hər hansı raket və ya nüvə sınaqlarının keçirilməsi qadağan olunub.

Amma ölkə belə sınaqları daha tez-tez keçirib. Mütəxəssislər hesab edir ki, bu ölkənin raket texnologiyasının inkişafına gətirib çıxara bilər.

Bu ayın əvvəlində Şimali Koreya təxminən 1,000 km uzağa uçan və Yaponiya sularında eniş edən dörd raket zərbəsi endirib.

Bu sınaq Wonsan-ın şərq sahil şəhərində aparılıb və illik ABŞ-Cənubi Koreya hərbi məşqlərinə cavab kimi dəyərləndirilir. Şimali Koreya bu hərbi məşqləri özünə qarşı hücum üçün hazırlıq kimi görür.

Artıq ABŞ Dövlət Katibi Rex Tillerson Şimali Koreyanın son hərəkətləri, o cümlədən, iki ən son nüvə sınaqları ilə bağlı danışıqlar aparmaq üçün Yaponiya, Cənubi Koreya və Çini ziyarət edib.

Cənab Tillerson deyib ki, əgər Şimali Koreya Cənubi Koreyanı və ya ABŞ-ı hədələsə, hərbi variant nəzərdən keçiriləcək.

Xəbər 1866 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +