Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi


23.11.2019  09:53 

Abramoviç “Çelsi”ni satmaqdan imtina etdi





A+  A-

Rusiyalı biznesmen Roman Abramoviç İngiltərənin “Çelsi” futbol klubunu satmaqda maraqlı deyil.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb.

Mənbənin məlumatına görə, Abramoviçin indiki qərarına “Çelsi”nin baş məşqçisi Frenk Lempardın işi təsir edib. Belə ki, Lempardın başçılığı altında klub İngiltərə Çempionatının turnir cədvəlində 12 matçda 26 xal toplayaraq, üçüncü yeri tutur. Bu göstərici ilə klub lider olan “Liverpul”dan 8 xal geri qalır.

Xatırladaq ki, daha əvvəl Abramoviçin bu ilin may ayında investisiya vizası ilə bağlı yaşadığı problemlər səbəbindən “Çelsi”ni satacağı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Abramoviç “Çelsi”ni 2003-cü ildə sahibkar Ken Beytsdən 140 milyon funt sterlinqə alıb. Bundan sonra “Çelsi”nin tarixində ən uğurlu dövr başlayıb. Abramoviçin rəhbərliyi altında “Çelsi” beş dəfə İngiltərə çempionu, iki dəfə İngiltərə Superkubokunun və Çempionlar Liqasının qalibi olub. Klub, həmçinin beş dəfə İngiltərə Kubokuna və üç dəfə İngiltərə Liqasının Kubokuna sahib olub.

Xəbər 1324 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +