Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi


14.11.2019  10:35 

“Azərbaycanı məğlub etməyin yolunu bilirik” - Uelsli futbolçu





A+  A-

“Uelsin heyətində Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq əla olardı. Bunun üçün əlimizdən gələni etməliyik”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Uels millisinin yarımmüdafiəçisi Harri Uilson yerli mətbuata açıqlamasında deyib. AÇ-2020-nin seçmə mərhələsində 2 gün sonra Bakıda millimizlə keçirəcəkləri oyun haqda danışan “Bornmut”un futbolçusu Azərbaycanı məğlub etməyin yolunu bildiklərini söyləyib:

“Seçmə mərhələnin son iki oyununda qalib gəlməli olduğumuzu bilirik. İstədiyimiz oyunu sərgiləyə bilsək, əminəm ki, bunu bacaracağıq. Azərbaycanla evdəki görüş düşündüyümüzdən çətin olmuşdu. Buna görə də mütləq onlara hörmət etməliyik. Kardiffdəki matçda müdafiədə və orta xətdə yaxşı təşkilatlanmış komanda gördük. Azərbaycanın güclü və zəif tərəflərini analiz etmişik. Onları necə məğlub edə biləcəyimizi bilirik. Ancaq bizə qarşı diqqətli oynayacaqlar”.

Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels seçməsi, 3 gün sonra evdə Macarıstanla üz-üzə gələcək.

Xəbər 1805 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +