Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb


21.04.2025  10:48 

İqtisadçı gömrük sədrini darmadağın etdi: İqtisadiyyata “sol”-dan baxırsınız





A+  A-

Hörmətli Şahin müəllim, tam tərsi, insanlar digər xərclərini düşünürlər deyə, Gömrük Komitəsi tərəfindən haqlı-haqsız ödənişlərə məruz qalmaq istəmirlər. Digər xərcləri düşünürlər - kommunal xidmət ödəməlidirlər, düşünürlər ki, ərzaq bahalaşır, çatdıra bilmirlər, düşünürlər ki, uşaqlar böyüyür, xərcləri artır, gömrüyə geri dönüşünü hiss etmədikləri ödənişlər etmək istəmirlər.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, məsələn, ölkəyə avtomobil gətirənlər gömrükdə əlavə xərclərlə üzləşirlər, hansısa MMC təsis edilib, onlar terminal pulu, sənəd pulu, qələm-mürəkkəb pulu və s. yığır, və ya, vətəndaş özünə, evinə xaricdən nəsə alır, bu kommersiya məqsədi deyil, amma, Azərbaycan, məsələn, paltar, kompyuter və telefon və s. istehsal edən ölkədən vergi-rüsum şəklində daha çox qazanır, yəni, özümüz heç nə istehsal etmədən istehsalçılardan çox qazanmaq istəyirik.

“Şahin müəllim daha sonra deyib ki, sitat: “Əslində, vətəndaşların idxal etdikləri mallara görə ödədikləri vəsait dolayı yolla özlərinə qayıdır”. Şahin müəllim məntiqlə düz deyir, vergi-rüsum büdcəyə gedir, oradan da müxtəlif xərclərin, məsələn, maaş-təqaüdlərin ödənilməsinə sərf olunur. Amma, büdcənin başqa xərcləri də var axı, problem odur ki, təmir-tikinti xərcləri ilə bağlı vətəndaşlara məlumat verilmir, hətta rəsmi dövlət qurumu olan Hesablama Palatası hər il yüz milyonlarla izafi xərclər müəyyən edir – amma, heç bir tədbir görülmür, heç kəs cəzalandırılmır”, -deyə N.Cəfərli əlavə edib.

İqtisadçı açıqlamasına davam edərək yazıb:

“Hörmətli Şahin müəllim, Siz və hökumətin bir çox üzvləri iqtisadiyyata “sol”-dan baxırsınız, deyirsiniz ki, vətəndaş, sən vergi-rüsumu çox ödə (qanunlara görə, bəli, bizdə rüsum-vergi yüksəkdir), biz həmin pulu toplayıb sənə xərcləyəcəyik. Biz isə illərdir iqtisadiyyata “sağ”-dan baxmağı təklif edirik – vətəndaş vergi-rüsum az ödəyəndə zatən pul cibində qalır, dolayısı ilə qayıtmır, vergi-rüsum az ödədiyi zaman cibində qalan pulu iş adamıdırsa biznesə yatırıb əlavə iş yeri, deməli əlavə vergi-rüsum mənbəyi yaradır, adi vətəndaşdırsa, cibində qalan pulu yenə iqtisadiyyatda xərcləyir, nəsə alır, bununla da ticarət dövriyyəsini, dolayısıyla büdcəyə vergi-gömrük daxilolmalarını artırır. Bizim hökumətlə fundamental, ideoloji fərqimiz budur...”

Xəbər 1844 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +