Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


13.06.2018  14:46 

Təhsil naziri “Son zəng”lə bağlı əmr İMZALADI





A+  A-

Bu il XI sinifləri 83 001 nəfər şagird bitirir.
Bu barədə XəzərNews.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.

2017-2018-ci tədris ilində respublika üzrə 4442 ümumi təhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93 960 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb olunacaq uşaqların sayının beşyaşlıların 75 faizini təşkil edəcəyi proqnoz edilir.

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbuluproqnozlaşdırılır.

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri,valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib.

Yerli təhsili idarəetmə qurumları tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Məzunları təbrik edir, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayırıq!

Xəbər 1306 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +