Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb


08.03.2025  14:46 

London Parisin strateji səhvini düzəltdi





A+  A-

“LE MONDE”dan Türkiyə etirafı

Fransada Türkiyəyə, elə Azərbaycana da xüsusi nifrət hissi var. Bu, adları çəkilən ölkələrin liderləri arasında mövcud olan münasibətlərə də şəkil verib. Gərginlik bəzən bütün hədləri aşıb. Yəni ermənipərəst Fransadan Türkiyə ilə bağlı yaxşı bir şey gözləməyə dəyməz.

İndi bu mətnə diqqət edin: Fransanın məşhur “LE MONDE” qəzeti yazır: “Bir vaxtlar “yöndəmsiz” tərəfdaş hesab olunan Türkiyə zəifləmiş Avropa İttifaqı üçün vacib tərəfdaşa çevrilib.

Bu ölkə Moskvaya qarşı Qərb sanksiyalarını tətbiq etmədən bir əli ilə Ukraynanı silahlandırıb, digər əli ilə Rusiya ilə məşğul olub. Ankara gözəl tarazlıq siyasəti yeridir.
Fevralın 17-də Yelisey sarayında prezident Emmanuel Makron Ukraynaya dəstəklərini təsdiqləmək üçün yeddi Avropa liderini, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) və Avropa İttifaqının (Aİ) qurumlarının rəhbərlərini bir araya toplayıb. Bir neçə AB rəsmisi dəvət almadığı üçün məyusluğunu dilə gətirib. Lakin xüsusilə bir ölkə yoxluğu ilə diqqəti cəlb edirdi: NATO-nun ikinci ən böyük hərbi gücü olan Türkiyə.

On bir gün sonra-fevralın 28-də Ağ Evdə Amerika prezidenti, onun vitse-prezidenti JD Vance və Ukrayna prezidenti Vladimir Zelenski arasında kamera qarşısında möhtəşəm mübahisə baş verdi. Amerikanın Hudson İnstitutunun Yaxın Şərq üzrə mütəxəssisi Zineb Riboua tərəfindən dərhal "strateji səhv hesablama" olaraq xarakterizə edilən Türkiyənin Parisdə olmaması gündəmə gəldi. Bu strateji səhv martın 2-də Londonda İngiltərənin baş naziri Keir Starmer tərəfindən aradan qaldırıldı.

Türkiyənin xarici işlər naziri Hakan Fidan 15-ə yaxın liderdən biri kimi bu böhran sammitinə dəvət olunub. Digər iştirakçılar kimi, o da görüşün sonunda çox şey danışmadı, lakin o, ölkəsinin Avropa üçün müzakirə olunan yeni təhlükəsizlik arxitekturasında iştirakının vacibliyini vurğuladı. Bir gün əvvəl isə o, rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışmışdı”...

Elbəyi Həsənli
Sürix


Xəbər 1154 dəfə oxunub.




14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +