“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Sabahın havası: 27 dərəcə isti olacağı gözlənilir
Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh
Maşın 7 saatdır ofisin qarşısındadır, amma AYNA-dan cərimə gəlib/Fakt
Bakının mərkəzində.... - Anbarda yanğın/Video
Siyavuş Novruzov parlamentə gəlmir - Nə olub?
Tərtərdə yeniyetmə intihar edib
İmamoğlu əhalini “TRT”ni boykot etməyə çağırıb
FTX Simferopol sakinini saxladı
BƏƏ, Qətər və İsrail İranı pulla alır? - ŞƏRH


16.09.2020  08:46 

Qapıda hərarətin ölçülməsi xəstəlikdən qorumur - Alimlərdən araşdırma





A+  A-

Amerikalı alimlər araşdırmalardan sonra koronavirus pandemiyası ilə birlikdə meydana çıxan və restoran, məktəb, xəstəxana, ticarət mərkəzlərinin qarşısında rituala çevrilmiş hərarəti ölçmə fəaliyyətinin xəstəlikdən qorunmağa kömək etmədiyini bildiriblər.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, temperatur ölçmə əksər ölkələrdə idman zallarından tutmuş mağazalaradək bir çox yerdə gündəlik həyatın bir hissəsinə çevrilib. Alimlər isə hərarət ölçmənin xəstəliyi ağır simptomlarla keçirən şəxsləri müəyyən etdiyini, ancaq simptomsuz və ya xəstəliyin ilk mərhələsində olan pasiyentləri aşkara çıxarmadığını, belə olan halda isə restoran və ticarət mərkəzlərində qeyri-real təhlükəsizlik hissi yaratdığını açıqlayıblar. Onlar hətta bunu mənasız proses adlandıraraq məkanların giriş nöqtələrində temperatur ölçülməsini “teatrdan başqa bir şey olmadığını” bildiriblər.

Onların fikrincə, koronavirus bar, restoran, ticarət mərkəzləri kimi insanların kütləvi toplaşdığı yerlərdə qızdırma və öskürək kimi simptomları olmayanlar tərəfindən yayılır.

Digər tərəfdən tədqiqatçıların fikrincə, qapı ağzında temperatur ölçülməsi saxta təhlükəsizlik təsəvvürü yaradır.

Qeyd edək ki, may ayından etibarən ABŞ-da işverənlərə işçilərin hər gün hərarətinin ölçülməsi ilə bağlı tövsiyələr geri götürülüb. Bundan başqa, ABŞ-a gələn beynəlxalq səyahətçilərin 14 sentyabrdan etibarən hava limanlarında temperaturu ölçülmür.

Xəbər 2456 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı

19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi


BÜTÜN XƏBƏRLƏR +