Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


13.11.2018  11:57 

Həbsdə olan iş adamının bəraət tələbi rədd edildi





A+  A-

Ali Məhkəmə xuliqanlıq əməlinə görə həbsdə olan iş adamı Azadxan Xanməmmədovun bəraət tələbinə baxıb.
XəzərNews.az Ali Məhkəmənin saytına istinadən xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində həbsdə olan iş adamı Azadxan Xanməmmədovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı şikayəti təmin edilməyib.

Məhkəmə kollegiyası Azadxan Xanməmmədovun Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 23 may 2018-ci il tarixli qərarından verdiyi şikayəti təmin etməyib onun barəsində verilmiş 3 illik azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, A.Xanməmmədov keçən ilin iyun ayında 20-yə yaxın idmançı ilə Binəqədi rayonu Mircəlal küçəsində yerləşən “Safastore” supermarketinə basqın təşkil etdiyi, kütləvi dava-dalaşa səbəb olduğu üçün tutulub və onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb. Binəqədi rayon Məhkəməsi faktla bağlı A.Xanməmmədovu təqsirli bilərək onun barəsində 3 il müddətinə azadlıqdan məhrum cəzası verilib. İş adamı daha sonra Bakı Apelyasiya Məhkəməsinə də müraciət etsə də, bu instansiyada qərar dəyişdirilməyib.

Hazırda məlum olur ki, iş adamı Azadxan Xanməmmədov barəsində Binəqədi rayon Prokurorluğunda AR CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə də cinayət işi açılıb. Belə ki, Azadxan Xanməmmədov mülkiyyəti satdığı şəxsin etibarından sui-istifadə etməklə 2014-cü ildə razılaşma əsasında 1500 000 manata satdığı əmlakı bu günə kimi qarşı tərəfin adına keçirməkdən müxtəlif bəhanələrlə boyun qaçırıb. Sonradan məlum olub ki, bu əmlak ona yox, oğlu Azər Xanməmmədovun adına imiş və A.Xanməmmədov mülkiyyəti satmamışdan xeyli əvvəl - 2010-cu ildə onu banklardan birinə girov qoyaraq külli miqdarda kredit götürüb.

Xəbər 1624 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +