Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


06.01.2018  21:24 

Suriyada ötən il nə qədər insan öldürüblər – HESABAT





A+  A-

Ötən il Suriyada törədilən qətliamlarda çoxu qadın və uşaqlardan ibarət olan 4 minə yaxın adam öldürülüb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Suriya İnsan Haqları üzrə Müşahidə Şurası 2017-ci il hesabatında bildirib.

Hesabatda, ötən il Bəşər Əsəd rejimi, Rusiya, beynəlxalq koalisiya, terror təşkilatları, müəyyən edilməyən qruplar tərəfindən törədilən ən az 374 qətliamda 431-i uşaq, 752-si qadın, ümumi 4006 adamın həyatını itirdiyi qeyd edilib.

Təqdim edilən hesabatda 129 qətliama səbəb olan Əsəd rejimi ilk sırada yer alıb. İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələri 113, Rusiya 83, İŞİD 19, terror təşkilatı PKK və onun Suriya qolu PYD 4, müəyyən olunmayan qruplar isə 26 qətliama imza atıb.

Əsəd rejiminin səbəb olduğu qətliamlarda 420 uşaq, 220 qadın olmaqla 1174 həyatını itirib. Rejimə hava dəstəyi verən rus qüvvələrinin qətliamlarında isə 356-ı uşaq, 207-si qadın olmaqla 990 adamın öldüyü bildirilib.

ABŞ-ın liderliyi ilə İŞİD əleyhdarı olan beynəlxalq koalisiyanın imza atdığı qətliamlarda 479-u uşaq, 239-u qadın, ümumi 1200 vətəndaş can verərkən, terror təşkilatı İŞİD-in qətliamlarında isə 71-i uşaq, 28-i qadın olmaqla 210 vətəndaş həyatını itirib.

Xəbər 1555 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +