Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi
Zelenski Trampı Ukraynaya dəvət etdi
Azərbaycanda bloger həbs edilib
Cəlilabadda bu yollar təmir olunacaq - SƏRƏNCAM
Siqaretlər yenidən bahalaşıb


06.10.2017  21:46 

Ərəblər ilk peyki buraxmağa hazırlaşır





A+  A-

Birləşmiş Ərəb Əmirlikləri ölkə istehsalı olan Yerin ilk süni peykini 2018-ci ilin yayında buraxmağı nəzərdə tutur.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, bu barədə BƏƏ Kosmik Agentliyinin baş direktoru Məhəmməd Nasir əl-Əhbəbi bildirib.

Onun sözlərinə görə, BƏƏ növbəti ildə bütünlüklə ölkənin yerli mühəndisləri tərəfindən hazırlanan “Khalifa-Sat” foto çəkilişlər peykini buraxmağı planlaşdırır.

O qeyd edib ki, peyklərin istehsalı üçün BƏƏ digər ölkələr, o cümlədən yerli mühəndislərin beşillik müddətə təlimə göndərildiyi Cənubi Koreya ilə əməkdaşlığa başlayıb. Əmirliyin ilk peyki Koreyada, ikincisi - “DubaiSat” qismən BƏƏ-də ərsəyə gətirilib.

Agentlik direktorunun sözlərinə görə, ölkənin Cənubi Amerikanı da əhatə edəcək növbəti “Yahsat” telekommunikasiya peykinin 2018-ci ilin yayında buraxılması gözlənilir. Bundan əlavə, altı peykin üç il ərzində yaradılması nəzərdə tutulur.

Xəbər 1643 dəfə oxunub.



14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +