Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


14.02.2025  14:33 

Pedaqoji Universitetdə Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub





A+  A-

Azərbaycan Dövlət Pedaqoji Universitetində Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığıyla 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə ali təhsil ocağının rəhbərliyi, müəllim və tələbə heyəti, Bakı şəhəri Nəsimi rayonu general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak edib.

Universitetin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova Azərbaycan Dövlət Pedaqoji Universitetinin, həmçinin Kitabxana - İnformasiya Mərkəzinin tarixi və bu günü haqqında danışıb, 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü barədə geniş məlumat verib. Qeyd edib ki, 14 Fevral təqvimdə ən gənc bayramlardan biridir. 2012 -ci ildə təsis olunan bu bayram uşaq kitab saytının təsisçisi Emmi Brodmoorun adı ilə bağlıdır.

Beynəlxalq Kitab Bağışlama Günü 2013-cü ildən bir çox ölkələrdə, həmçinin Azərbaycanda qeyd olunur.

Zinharə Həsənova bildirib ki, ADPU-nun Kitabxana - İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bu bayram hər il ənənəvi olaraq müxtəlif məktəblərlə birgə qeyd edilir:

“Məqsəd uşaqlarda kitaba sevgi, böyüklərdə bağışlamaq, hədiyyə etmək ovqatını gücləndirməkdir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov təhsilin xalqların taleyindəki rolundan bəhs edib. Rektor müasir dövrün çağırışlarına cavab verən gənc kadrların hazırlanmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, uşaq, yeniyetmə və gənclər arasında oxu vərdişini gücləndirməklə buna nail olmaq mümkündür.

ADPU-nun elmi və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov gənclərin bilik və bacarıqlarının artırılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, gənc nəslin milli ruhda yetişməsi, istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirmələri üçün şəraitin yaradılması çox vacibdir.

Kərim Kərimov adına 8 saylı tam orta məktəbin direktoru, tarix üzrə fəsləfə doktoru Aytən Baxşıyeva deyib ki, bu bayramın əsas məqsədi adından da göründüyü kimi kitab bağışlayaraq, gənc nəsillərin mütaliəyə olan həvəsini artırmaqdır. O, belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Tədbirin sonunda uşaqlara kitab hədiyyə olunub.








Xəbər 3032 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +