Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


06.04.2024  11:24 

“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı





A+  A-

“Diaspor məsələsinə Ağ Partiya olaraq çox ciddi yanaşırıq və bu barədə dəfələrlə çıxışlar etmişik, gündəmə gətirmişik”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.TV-yə açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib:

“Digər partiya sədrlərindən bir o qədər də eşitməmişəm ki, diaspor barəsində fikirlər bildirsinlər, təkliflər versinlər. Niyə diaspor fəaliyyəti çox önəmlidir, vacibdir? 30 ildən sonra topraqlarımızı işğaldan azad etmişik, tarixi torpaqlar uğrunda addımlar atmaq istəyirik. Bu gün bu addımları ata bilməməyimizin və bir çox məsələlərin yubanma səbəbi beynəlxalq aləmdə erməni diasporunun bizi sıxışdırmasıdır. Eləcə də beynəlxalq ictimai rəyi öz diasporları vasitəsilə bizim əleyhimizə yönləndirmələridir. İndi dünya dövlətlərinin 80 faizi Azərbaycanı aqressor ölkə kimi tanıyır. Niyə? Çünki bu, erməni diasporunun, xaricdə yaşayan ermənilərin fəaliyyətinin nəticəsidir. Yəni, diaspor fəaliyyəti Novruz bayramında şəkərbura yemək, Yeni il bayramında plov bişirmək deyil. Diaspor soydaşlarımızın yaşadığı ölkələrin ictimai-siyasi elitasının dövlətimizə müsbət münasibətinin formalaşdırılması üçün lazımdır. Bir nümunə deyim, Rusiyada 500 min civarında erməni yaşayır, amma orada yaşayıb və işləyən azərbaycanlıların sayı 2 milyondur. İndi Rusiyanın siyasi, iqtisadi, media elitasının Ermənistan və Azərbaycana münasibətinə baxın. Erməni diasporu say baxımdan az olsa da, işini elə qurub ki, o boyda Rusiya dövləti bizə əks mövqedə durur. Amma Rusiyada azərbaycanlıların sayının çox olmasına baxmayaraq, bizim təsir imkanlarımız yoxdur. Eyni ilə Amerika və Avropada vəziyyət o cürdür. Yəni, bizim diaspor fəaliyyəti Azərbaycanın yürütdüyü xarici siyasətin əsas qollarından biri olmalıdır”.

Partiya başqanı vurğuladı ki, biz dövlət olaraq diaspor fəaliyyətinin qurulmasına çox ciddi yanaşmalıyıq:

“Xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, onların yaşadıqları cəmiyyətin siyasi, iqtisadi, mədəni sahələrinə inteqrasiyası üçün dövlət olaraq proqramlar qəbul etməliyik və məqsədyönlü addımlar atmalıyıq. Diaspor özfəaliyyət səviyyəsində, könüllülük çərçivəsində qalmalı deyil. Təəssüf ki, bu gün elədir. Necə ki, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dövləti ilə bağlı işi özfəaliyyət çərçivəsindən o tərəfə keçmir, eləcə də Azərbaycan parlamenti yeni qanunlar qəbul etmir. Hətta təklif olunan qanun layihələri belə masa üzərində qalır, toz yığır”.

T.Abbaslı diaspor məsələsinə sıfırdan yanaşılmasının tərəfdarı olduğunu qeyd etdi:

“Bu məsələdə diaspor sahəsində uğur qazanmış ölkələrin, millətlərin nümunələrindən bəhrələnməyin tərəfdarıyam. Təbii ki, eyni zamanda Türkiyə diasporu ilə paralel işləməliyik. İsrail diasporu müəyyən məqamlarda bizi dəstəkləyir və onların da diaspor fəaliyyətindən öyrənməli olduğumuz bir çox nüanslar var. Yəni, bu çox geniş və böyük məsələdir. Təəssüf ki, bu müzakirə olunmur. Hansısa “müəllimin xətrinə dəyər”, “məndən küsərlər” deyə, diaspor fəaliyyətimiz bu gündədir. Baxın, Rusiyanın balaca bir şəhərində 3 və ya 4 diaspor təşkilatımız var və az qala biri-birinə qarşıdır. Avropdakı bir çox diaspor təşkilatlarımız biri-birinin əleyhinə işləyir. Dövlətin dəstəklədiyi diaspor fəaliyyəti başqa yerdə olur, öz təşəbbüsü ilə yaradanlar başqa. Bunların hamısı koordinasiya olunmalıdır. Bir sözlə, ölkədən kənarda ancaq Azərbaycan düşünülməlidir, iqtidar, müxalifət, bitərəf olmamalıdır. Bu məsələlərə həm də dövlətin yanaşması olmalıdır. Düşünürəm ki, dövlətin dəstəklədiyi geniş bir proqrama ehtiyac var. Nə qədər ki, Azərbaycanın imkanları var, başqa ölkələrin nümunələrindən də istifadə olunmalıdır”.

Bəxtiyar Məmmədli
Diaspora.TV


Xəbər 2518 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +