Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


28.03.2023  12:07 

Qarabağ erməniləri deyir ki...





A+  A-

Ermənistanın “Hraparak” qəzeti yazır: Şənbə günü Bakı Artsaxı (Dağlıq Qarabağ) Ermənistanla birləşdirən alternativ yolu nəzarətə götürüb. Artsaxda bunu Bakı-İrəvan, daha dəqiq desək, Paşinyan-Əliyev razılaşmasının təzahürü kimi qiymətləndirirlər.

Nikol Paşinyan son dövrlərdə Azərbaycanın soyqırım siyasətindən danışsa da, o, iki ölkə arasında sülh müqaviləsinin olacağını tez-tez dilə gətirir. O, bunu ötən həftə hökumətin iclasında da deyib. Sülh müqaviləsinin imzalanması isə, Praqa razılaşmasına görə, Artsaxın Azərbaycanın bir hissəsi kimi de-yure tanınması deməkdir.

Artsaxdan olan soydaşlarımız hesab edirlər ki, Nikol Paşinyan Ermənistanla sonuncu yolu bağlamaqla öz hakimiyyətini sığortalamağa çalışır ki, o, sakitcə müqaviləni imzalasın, Artsax xalqı İrəvana axın edə bilməsin. Hakimiyyət bu axının doğura biləcəyi nəticələrdən sığortalansın.

Artsax sakinlərinin iddiasına görə, yol müqavilə imzalanandan bir müddət sonra yenidən açılacaq. Lakin onlar məhdud sayda insanların getməsinə icazə verəcəklər və o vaxta qədər Artsaxdan mühacirət edənlər üçün sosial proqramlar həyata keçiriləcək.

Ermənistan bu yolla vətəndaşlığı olmayan Artsax sakinlərinin qəzəbini azaltmağa çalışacaq.

Bəs Rusiya tərəfi bütün bu oyunlarda niyə iştirak edir?

Axı, Artsaxın ermənisizləşdirilməsi Rusiya kontingentinin Cənubi Qafqazdan çıxarılması demək olacaq:

“Əgər tərəflərdən ikisi bunun əleyhinə deyilsə, üçüncü tərəf həmin vəziyyətə uyğunlaşacaq. Bundan başqa, Artsaxın ermənilərdən təmizlənməsi bir-iki günün işi deyil”...

Elbəyi Həsənli

Xəbər 928 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +