Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


06.10.2021  14:01 

“Ermənistanla birbaşa ikitərəfli rabitə əlaqəsi yaradıla bilər“





A+  A-

"Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq hava yolunu bir-birlərinə açması prezident İlham Əliyev və N. Paşinyan görüşündən əvvəl atılan müsbət addımlardır. Bu da görüşün normal atmosferdə keçəcəyinin göstərir".

XəzərNews xəbər verir ki, bu barədə açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

M.Əsədullazadə bildirib ki, hər iki tərəf konkret müsbət addımlar atır: "Baş nazir Nikol Paşinyan Latviyada erməni icması qarşısında çıxışında Şuşanin Azərbaycan şəhəri olmasını dolayı qeyd etməsi, Azərbaycanlıların Qarabaga qayıdışının daima gündəliyində əvvəllərdə danışıqların bir hissəsi olduğunu vurğulaması, Qarabağ məsələsini qabartmaması göstərir ki, Azərbaycanla əlaqələrin bərpasında maraqlıdır".

Politoloq qeyd edib ki, N.Paşinyan prezident İlham Əliyevlə görüşdə 10 noyabr Birgə Bəyannaməsindən irəli gələn şərtlərə əməl edəcəyini və 11 yanvar razılaşmaların həyata keçirilməsinə sadiq olacağını vurğulayacaq: "Amma, 10 noyabr Birgə Bəyannaməsinin dördüncü bəndini yerinə yetirməsi isə, Rusiyadan asılı məsələdir. Çünki, Rusiya silahlı erməni birləşmələrinin kiçik bir ərazidən çıxarılmasında maraqlı deyil. Amma, N. Paşinyan Qarabaga hərbiçilər göndərməyəcəyi öhdəliyini götürəcək.

Bu görüşdən sonra Ermənistan Zəngəzur dəhlizinin açılmasını üzərinə götürərsə, Azərbaycanla münasibətlər normallaşmaşa sürecine girərsə, sərhədlərin demarkasiyası prosesi başlayacaq. Ermənistanla birbaşa ikitərəfli rabitə əlaqəsi yaradıla bilər. Ortaya çıxan problemlər üçüncü tərəfin iştirakı olmadan həll edilə bilər. Buna Ermənistanın siyasi iradəsi lazımdır.

Azərbaycanla kommunikasiyalar açılacaqsa, Ermənistanın İrana ehtiyacı qalmayacaq. Prezident İ. Əliyev və Paşinyan görüşündən sonra, Qafan -Gorus yolunun İran tərəfindən çəkilməsi Yerevan tərəfindən qəbul edilməyə bilər. İran konkret olaraq regionda kommunikasiyaların açılmasında maraqlı deyil və Ermənistana hərvəchlə başa salmağa çalışır ki, Zəngəzur dəhlizinin açılmasına imkan verməsin.

Qeyd edim ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfər edib. Ötən gün erməni xarici işlər naziri ilə görüşdən sonra S. Lavrovla görüşü əsasən, Azərbaycan əleyhinə və Türkiyənin regiona daxil olmasının qarşısını alınması istiqamətində yeni bir koalisiya formalaşdırmaqdır. Amma, İranın bu addımları müsbət nəticələnməsi gözlənilmir. Rusiya İrana görə regionda maraqlarına zərbə vurmayacaq. Ümumiyyətlə. İranın təklifi regionda sülhün və təhlükəsizliyin təhdidinə və yalnız öz maraqlarına xidmət edir. Ona görə də nə Ermənistan, nə də Rusiya tərəfindən İran XİN təklifləri qəbul edilməyəcək".

Xəbər 2711 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +