Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


11.09.2019  12:06 

Arif Hacılı iqtidar-müxalifət toplantısına getməməyinin səbəbini AÇIQLADI





A+  A-

Bakıda iqtidar və müxalifətin iştirakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi”mövzusunda dəyirmi masa keçirilir.
Toplantıda Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AĞ Partiyanın sədri Tural Abbaslı iştirak edirlər.

Müsavat Partiyasının başqanı Arif Hacılıya dəvət göndərilsə də, o, dəyirmi masaya qatılmayıb.

XəzərNews.az-ın məlumatına görə, dəyirmi masaya qatılmaması ilə bağlı Modern.az-a danışan Müsavat başqanı Arif Hacılı bildirib ki, tədbirin adının qeyri-müəyyənliyi və formatı onları qane etməyib:

“Əsas məsələ odur ki, xarici müdaxilə nə deməkdir?! Burada nəyin nəzərdə tutulduğu aydın deyil. Eyni zamanda, tədbirdə iştirak edən partiyalar, təşkilatlar həmçinin, format bizi qane etmədiyindən iştirak etmədik”.

“Növbəti dialoq keçirildiyi təqdirdə dəvət olarsa, qatılarsınızmı” sualına Arif Hacılı belə cavab verib:

“Müsavat Partiyasının bu məsələyə konseptual yanaşması ondan ibarətdir ki, biz ümummilli məsələlərin müzakirələrində real siyasi qüvvələrlə müzakirələr aparmağa hazırıq. Bu, hakimiyyət və müxalifət partiyaları da ola bilər. Ancaq hər hansı qeyri-müəyyən məzmunda, qeyri-müəyyən tərkibdə keçirilən tədbirlər bizim fikrimizcə səmərəsizdir”.

Xəbər 1981 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +