Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


23.06.2022  16:10 

Jurnalist ona verilən evi şəhid anasına BAĞIŞLADI - FOTO





A+  A-

Tanınmış jurnalist Şakir Eminbəyli 2017-ci ildə 2-ci Jurnalistlər binasında ona verilən mənzili şəhid ailələrindən birinə bağışlayacağına söz vermişdi.

Jurnalist vədini yerinə yetirib. Mənzilin yeni sahibi - şəhid anası artıq Jurnalistlər binasına köçüb.

Jurnalistlər binasına yerləşən şəhid anası Vətən müharibəsində həlak olmuş Yusif Budaqovun anası Lətafət Budaqovadır.

Şəhid Yusif Ramiq oğlu Budaqov 1997-ci ilin 11 oktyabrında dünyaya gəlib. Ailənin yeganə övladı olub… 2003-2014-ci illərdə Bakı şəhərindəki 132 saylı orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Atası dünyadan erkən köçdüyündən ailənin yükünü daşıyan Yusif Bakı şəhərindəki klinikada işə düzələrək, baş texnik vəzifəsində çalışıb.

Vətən müharibəsi başlayan ərəfədə səfərbərliyə cəlb olunub…

Daha sonra döyüşlərdə iştirak edib…

23 yaşını oktyabrın 11-də müharibədə - səngərdə döyüş yoldaşları ilə birlikdə qeyd edib…



Doğum günündən bir neçə gün sonra Füzuli istiqamətində döyüşlərdən birində həlak olan şəhidin nəşi oktyabrın 30-da anasına, yaxınlarına təhvil verilib. Onu 2020-ci il oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn ediblər…

Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" medalları ilə təltif olunub.

Qeyd edək ki, Şəhid anası Lətafət xanım indiyə kimi 1 otaqlı, təmirsiz mənzildə kirayə yaşayırdı./Modern.az

Xəbər 1664 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +