Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


22.04.2017  12:39 

Saxta MTN-çilərin məhkəməsi başladı





A+  A-

Özlərini MTN əməkdaşı kimi təqdim edərək hədə-qorxu ilə pul almaq istəyən şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, təqsirləndirilən şəxslər - Vüqar Həsənov, Nurlana Hüseynova və Ramin Qədimovla birlikdə Yaşar Babayevə hədə-qorxu gəliblər. Ramin Qədimov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Elnur adlı vəzifəli şəxsi kimi təqdim edərək Yaşar Babayevdən külli miqdarda pul tələb edib. Yaşar Babayevin hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən sonra onlar tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilənlər - Ramil Qədimov 6 il, Vüqar Həsənov 2 il müddətinə azadlıqdan məhrum edilib. Nurlanə Hüseynova barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Hökmdən verilən şikayət icraata götürülüb və ilkin baxış iclası aprelin 24-nə təyin edilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçirilir.

Xəbər 1701 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +