Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


26.06.2018  09:38 

Azərbaycanda iki qurumun adı dəyişdirildi





A+  A-

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib.
XəzərNews.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanında əksini tapıb.

Hər iki qurumun adından “Nəzarət” sözləri çıxarılıb. Beləliklə, bu qurumlar müvafiq olaraq Dövlət Baytarlıq Xidməti və Dövlət Fitosanitar Xidməti adlanacaq.

Bu Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Beləliklə, Dövlət Baytarlıq Xidməti və Dövlət Fitosanitar Xidmətinin baytarlıq və fitosanitar sahələrdə nəzarət funksiyasını itirməsi, yalnız bu sahələrdə xidmət göstərməklə məşğul olacağı rəsmiləşib. Bu, həmin sahələrdə nəzarət funksiyasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunması ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2017-ci il 13 noyabr tarixli fərmanına əsasən, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayıb.

Xəbər 1321 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +