Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


17.01.2023  16:14 

“İtmiş nömrə nişanlarının dublikatı verilməlidir”





A+  A-

Zaman-zaman avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının itirilməsi və oğurlanması ilə bağlı məlumatlarla rastlaşırıq. Bəs görəsən nömrəsi itirilmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi nə etməlidir? Müəyyən məbləğdə rüsum ödəyib alınan dövlət qeydiyyat nişanı itirildikdə və ya oğurlandıqda həmin nömərinin bərpası mümkündürmü?

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı sabiq deputat Çingiz Qənizadə Avtosfer.az-a açıqlamasında müəyyən müddət tətbiq edildikdən sonra itmiş nömrə nişanlarının yerinə yenisinin verilməsinin düzgün olacağını qeyd edib:

“Çünki qeydiyyatdan keçmiş yüz minlərlərlə avtomobil varsa, bu baxımdan onların arasında bir neçə faizinin qeydiyyat nişanlarının itməsi ilə bağlı problem yaratmaq düzgün deyil. Əgər qanunvericilikdə itmiş qeydiyyat nişanlarının bərpası nəzərdə tutulmursa, onda qanunvericilik təkmilləşdirilməlidir. Bu baxımdan da qanunvericiliyə baxmaq lazımdır ki, belə qeydiyyat nişanları itdikdə həmin nişanların yenidən vətəndaşa verilməsi mümkün həllini tapsın.

Çingiz Qənizadə qanunlarda boşluq olduğunu, anlaşılmazlıqların da məhz bu səbəbdən yarandığını qeyd edib:

“Əgər qanunlarda belə bir boşluq varsa, mütləq qanunvericiliyin təkmilləşdirilməsi və itmiş qeydiyyat nişanlarının yerinə yenisi yox, məhz özü bərpa olunaraq verilməlidir. Çünki yeni qeydiyyat nişanı verildikdə, nömrələr artıq fərqli olur və ondan ötrü yeni rüsumlar verilir. Əgər itmiş nömrənin bərpası ilə bağlı həmin nömrənin təkrar verilməsinə görə çox az miqdarda rüsum alınırdısa, yeni nömrənin verilməsinə görə isə rüsum fərqi yəqin ki, daha çox olacaq. Bu baxımdan belə hesab edirəm ki, vətəndaş bir dəfə rüsum ödəyərək hansısa qeydiyyat nişanı alıb və sonradan itiribsə, bunu çox cüzi, yəni təkrar verilmənin xərci qədər ödəniş etməklə təkrar almalıdır”.

Xəbər 1879 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +