Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


24.04.2018  17:18 

Ərdoğan ermənilərə başsağlığı verdi





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 1918-ci il 24 aprel tarixində həyatını itirən ermənilərlə bağlı İstanbuldakı Erməni Patriaxxanasında keçirilən mərasimin iştirakçılarına məktub göndərib.
XəzərNews.az Türkiyə prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

“Çox dəyərli erməni vətəndaşlarım. Sizləri ən qəlbdən duyğular və məhəbbətlə salamlayıram. Birinci Dünya Müharibəsində çətin və ağır şərtlərdə vəfat edən Osmanlı ermənilərini anmaq üçün bu gün İstanbul erməni Patriarxxanasında toplaşmısınız. Həlak olan osmanlı ermənilərini bir daha hörmətlə yad edir, uşaqlarına və nəvələrinə başsağlığı mesajımı çatdırıram.

Biz tarix boyu acıları ayıran, bir-biri ilə yarışdıran deyil, daim paylaşan bir millət olduq. Erməni vətəndaşlarımızın tarixdə yaşadığı acılara ortaq olmaq, bu acıları paylaşmaq türk millətinin vicdani və əxlaqi duruşunun vacib hissəsidir.

Erməni vətəndaşlarımızın da mədəniyyətimizə, bəşər, siyasi və ticari həyatımıza verdikləri töhfələri artıraraq davam etdirəcəklərinə inanıram”.

Xəbər 1553 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +