Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


30.03.2023  15:18 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb





A+  A-

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

XəzərNews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Qeyd edək ki, Mikayılov Zaur Rauf oğlu Boğaziçi Universitetinin "Biznesin idarə olunması” fakültəsini bitirib.

Zaur Mikayılov "Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.

2001–2009-cu illər ərzində "Bakcell” MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

Daha sonra Zaur Mikayılov "PAŞA Construction” tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, "Port Baku Towers”in baş direktoru olub.

"Bravo” supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə isə Zaur Mikayılov "Agro Dairy” MMC-də baş direktor vəzifəsini tutub. Adıçəkilən şirkət "PAŞA Holdinq”in strukturuna daxildir.

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.



Xəbər 1102 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +