Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


08.07.2020  18:43 

Təxirə salınmış müsahibələrin keçirilmə qrafiki açıqlandı





A+  A-

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin edilməsi və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə 18 mart 2020-ci il tarixindən etibarən təxirə salınmış 17.09.2019-cu il və 13.01.2020-ci il tarixli müsabiqə elanları üzrə müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub.
XəzərNews.az xəbər verir ki, namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin Bakı şəhərində və regionlarda yerləşən müvafiq inzibati binalarından qoşulacaqlar. Namizədlər üçün onlayn müsahibələrin keçirilmə qrafiki hazırlanmış və Mərkəzin internet portalında yerləşdirilib.

Müsahibələrin 13 iyul 2020-ci il tarixindən başlanılması nəzərdə tutulur. Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan (17.09.2019, 13.01.2020) əldə edə bilərlər.

Xəbər 1709 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +