Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


15.11.2021  10:17 

Etiraz etdi, döyüldü, həbs edildi





A+  A-

“Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edən Aydın Nağıyev həbs edilib.

XəzərNews.az xəbər verir ki, A.Nağıyev noyabrın 12-də məscidin içində axund hacı Əkrəmin çıxarılaraq yerinə Fərid İsmayılzadənin təyin edilməsinə etirazını bildirib. O, hadisədən sonra “Sədərək” TM-nin mühafizəçiləri tərəfindən döyüldüyünü bildirmişdi.

Məsciddən A.Nağıyevin iddiaları ilə bağlı bildirilib ki, həmin şəxs özü barmağına xəsarət yetirdikdən sonra qanını üzünə sürtərək döyüldüyü görüntüsünü yaradıb.

Hadisə ilə bağlı Qaradağ RPİ 10-cu Polis Bölməsində araşdırma aparılıb.

Aydın Nağıyev İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaqda) ittiham edilib. Onunla bağlı toplanan materiallar Qaradağ rayon məhkəməsinə göndərilib. Hakimin qərarı ilə Aydın Nağıyev 15 sutka inzibati qaydada həbs edilib./“Qafqazinfo”

Xəbər 2733 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +