Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


05.11.2021  15:56 

Yaponiya İmperatoru azərbaycanlı müəllimi mükafatlandırdı





A+  A-

Yaponiya Hökuməti bu gün 2021-ci il payız mövsümü üzrə Orden ilə təltif edilmiş xarici vətəndaşların adlarını elan edib.

XezerNews.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, təltif edilən xarici vətəndaşlar arasında Azərbaycandan olan müəllim də var.

Azərbaycandan Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Uzaq Şərq dilləri və Ədəbiyyatı Kafedrasının Müdiri Professor Oqtay Cəlilbəyli bu mükafata layiq görülüb.

Professora Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni (The Order of the Rising Sun, Gold Rays with Rosette) verilib.

Oqtay Cəlilbəyli Azərbaycan Respublikasında yapon dili və yapon mədəniyyətinin davamlı təbliğatına və Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinə verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.

Xarici vətəndaşların orden ilə təltif edilməsi, Yaponiya ilə dostluq əlaqələrinin inkişafında böyük əməyi olmuş xarici vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim olunur.

Yaxın zamanda, Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən orden sahibinə orden və diplomun təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Xəbər 1398 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +