Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


15.07.2021  09:21 

Azərbaycan nümayəndə heyəti ilk dəfə bu ölkəyə səfər edir - Tarixi hadisə





A+  A-

Azərbaycanın parlament nümayəndə heyəti ilk dəfə Şimali Kipr Türk Respublikasına səfər edəcək.
XəzərNews.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə parlamentinin Xarici əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç Azərbaycan nümayəndə heyətinin bu səfərini tarixi hadisə adlandırıb.

Ankarada Milli Məclisin nümayəndə heyəti ilə görüşü zamanı Kılıç qeyd edib ki, nümayəndə heyətinin Lefkoşaya ilk səfəri bütün dünya üçün vacib mesaj olacaq. O, həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” prinsipi əsasında əminliklə gələcəyə baxırlar.

“Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir”, - deyə Akif Çağatay Kılıç vurğulayıb.

Qeyd edək ki, iyulun 15-i Türkiyə Böyük Millət Məclisinin binasında Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının parlament nümayəndə heyətləri arasında görüş baş tutacaq.

Bunun ardınca, iyulun 16-sı Azərbaycan nümayəndə heyəti Şimali Kiprə səfər edəcək. Nümayəndə heyətinin Şimali Kiprdə bir sıra tədbirlərdə iştirak edəcəyi gözlənilir.



Xəbər 2221 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +