Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


18.03.2024  11:40 

Milli Məclis növbədənkənar toplanır: Yeni seçki?





A+  A-

Milli Məclisin deputatları parlamentə çağırılıb

Xəzərnews.az Musavat.com-a istinadla xəbər verir ki, bu dəqiqələrdə parlamentarlar iclas zalına toplaşırlar.

Qeyd edək ki, sonuncu plenar iclasda spiker Sahibə Qafarova növbəti iclasın 29 martda keçiriləcəyini elan etmişdi. Bu mənada deputatların bu gün iclas zalına çağırılması suallar doğurur.

İlkin məlumatlarda iddia olunurdu ki, qəfil toplantı Milli Məclisə yeni seçkilərin keçirilməsi ilə əlaqədar ola bilər. Amma telefon açdığımız bəzi deputatlar bu ehtimalı təkzib etdilər.

Onlar hələlik məsələnin məğzi ilə bağlı tam məlumatlı olmadıqlarını, ancaq parlamentə dəvət olunmalarının “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təqdim edilməsi ilə bağlı ola biləcəyini bildirdilər.

Xəbər 1128 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +