İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


18.06.2022  16:16 

O qəhrəman qazilər intihar edirlər...





A+  A-

Millətin qorxaqlığı ilə bağlı fikrimə etiraz edənlər mənə 44 günlük müharibəni misal gətirir, əsgərlərimizin qəhrəmanlığından bəhs edirlər...

Amma o qəhrəman qazilər bu gün intihar edirlər. Onlar sosial-iqtisadi problemlər, onları həll etməli olan məmurlar qarşısında aciz qalaraq, canlarına qəsd edirlər...

Düşünün. Məgər bu qorxaqlıq deyil? Problemdən qaçmaq, öz canını qurtarmaq zəiflik deyilmi?

Bu gün iki sərt status yazmışam. Sərt deyəndə ki, hələ düşündüklərimin hamısını ifadə etməmişəm. Hərəsinə cəmi 10-15 layk gəlib. Amma bir şəkil paylaşsaydım, azı 100-150 bəyənmə olacaqdı.

Deməli, qorxağıq. Xoş günün adamları, dostlarıyıq. Ağır gündə, dar məqamda, təhlükədə yoxuq. Hələ bu sadəcə fb statusudur. Sabah məni həbs etsələr, neçəniz yanımda olacaqsınız? Bəlkə də heç biriniz. Bu nə deməkdir? Əlbəttə, qorxaqlıqdır, bakılılar demişkən, ağciyərlikdir. Başqa adı yoxdur...

Gəlirəm 44 günlük müharibəyə. Ermənilərə qarşı qəhrəmancasına döyüşən qazilərimiz niyə burada öz haqlarını lazımınca müdafiə edə, vicdansız məmurlara qarşı effektli mübarizə apara bilmirlər?

Səbəbini deyim. Çünki ermənilərə qarşı savaşda onları birləşdirən, səfərbər edən komandan vardı. Onlar arxalarında güc, iradə hiss edirdilər. Amma məmur tayfasına qarşı mübarizədə bu lider, komandan, sərkərdə yoxdur. Onlar onu ortaya çıxara, təşkilatlana bilmirlər. Bu səbəbdən də çıxış yolunu intiharda, canlarına qıymaqda görürlər...

Nadir Qocabəyli

Xəbər 1546 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +