Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


17.01.2022  15:49 

İlham Əliyev parlament sədri ilə videoformatda görüşdü





A+  A-

Bu gün Prezident İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub.

XəzərNews.az xəbər verir ki, məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Prezident İlham Əliyev Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin olduğunu qeyd edərək, ölkələrimiz arasında, o cümlədən dövlət başçıları səviyyəsində mövcud yüksəksəviyyəli dialoqu vurğuladı, parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişafı üçün yaxşı zəminin olduğunu qeyd etdi və bu baxımdan hökumətlərarası birgə komissiyanın fəaliyyətinin önəmini vurğuladı.

Monteneqro parlamentinin sədri Aleksa Beçiç də öz növbəsində ölkələrimiz arasında fəal siyasi dialoqun olduğunu məmnunluqla qeyd etdi.

Aleksa Beçiç Monteneqronun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğuladı. Monteqeronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyyətlər münasibətilə xalqımızı təbrik etdi. Monteneqro parlamentinin sədri ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək bu sahədə müvafiq sənədinin imzalanmasının vacibliyini vurğuladı.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyi və maraq doğuran digər məsələlər müzakirə olundu.

Xəbər 1306 dəfə oxunub.



19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +